EURO 1,9369 NEFT 62,38
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:10.11.2018 13:44:21

Zamirə Hacıyevanın Ali Məhkəməyə verdiyi ifadəsi üzə çıxıb.

Son 10 ildə Londonun məşhur univermağı "Harrods”da 35.85 milyon manat xərclədiyi üçün Böyük Britaniyada mühakimə edilən Zamirə Hacıyevanın Ali Məhkəməyə verdiyi ifadəsi üzə çıxıb.

İslamazeri.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində həbs edilən, iki gün sora ev dustaqlığına buraxılan Zamirə Hacıyeva məhkəməyə şahid qismində verdiyi ifadəsində bunları deyib:

"Ərim 2009-cu ildə əhəmiyyətli şəxslərdən biri idi. 1997-ci ildə evləndiyimizdə çox yaxşı işlər görmüşdü və 1990-cı illərin əvvəllərindən bu yana böyük sərmayə və sərvət toplayıb. Əmlakın satın alınmasına gəlincə, bu, ərimin öhdəliyi idi. Mənim əmlakım, ailə evimizin satın alınması üçün yerinə yetirilən ödənişlərdən, ödənişin mənbəyindən və ya hər hansı digər detallarından xəbərim yoxdur”.

Qeyd edək ki, hazırda Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşının Azərbaycana ekstradisiyası ilə bağlı müzakirələr gedir.

"Daily Mail” eyni zamanda, Cahangir Hacıyevin qızı Leyla və əri Anar Mahmudovun Londondakı evinin fotosunu yayıb:


Zamirə Hacıyevanın məhkəmə ifadəsi üzə çıxdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İranın tamamilə yerli olan radarı xidmətə başlayıb
    İranlı mütəxəssislərin dizayn və istehsalını reallaşdırdıqları İranın daha bir yeni radar sistemi ölkənin cənub-şərqində xidmətə başlayıb.
     20.01.2019
    Qubad İbadoğlu: İdarəetmədə struktur islahatlar üçün konsepsiya olmalıdır - VİDEO
    "Bu, son nəticədə Azərbaycanın Qafqazda regionun lideri, iqtisadi qüdrətli dövləti mövqeyinin əldən verilməsinə gətirib çıxaracaq."
     20.01.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ