1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:6.02.2021 17:55:53

Türkiyənin Zəhra Ana Dərnəyinin İdarə heyətinin sədri Məftunə Atam Xanım Fatimeyi Zəhranın (s.ə) mübarək mövludu münasibətilə keçirilən tədbirdə çıxış edib.

İslamazeri.com "Az.shafaqna.com"a istinadən xəbər verir ki, Türkiyənin Zəhra Ana Dərnəyinin İdarə heyətinin sədri Məftunə Atam Xanım Fatimeyi Zəhranın (s.ə) mübarək mövludu münasibətilə keçirilən tədbirdə çıxış edib.

O çıxışı zamanı Fatmeyi Zəhranın (s.ə) məqamı, İslamda qadının dəyəri və önəmi, dünyadakı islamafobiya və digər mövzulara toxunub.

Məftunə Atam Zəhra Ana Dərnəyinin yarım kampaniyaları və ehtiyaclılara etdikləri yardımdan danışdıqdan sonra Azərbaycanın Ermənistana qarşı müahribəsi, qələbəsi və bu kimi mövzulara işarə edib.

O Azərbaycanın qələbəsini ilin ən xoşbəxt hadisəsi adlandıraraq deyib: “Azərbaycanın Ali Baş Komandanı, dəyərli Prezident Cənab İlham Əliyevin öndərliyində, Azərbaycan ordusunun qəhrəmanlığı və xalqının izzətli duruşu ilə, şükürlər olsun ki, Qarabağımız işğaldan azad oldu. Və bu vətən məsələsində Prezident İlham Əliyevə, vitse prezident olaraq dövlətinə və ana olaraq şəhid, qazi analarına dəstək olan Xanım Mehriban Əliyevaya, bu örnək və dik duruşu ilə Türkiyədən vətənpərvər qadınlarımız adından təşəkkür edirik. Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” fikirində olduğu kimi, dövlətimizlə millətimizlə bu zəfərə şərik olmanın xoşbəxtliyini yaşayırıq. Çünki biz iki dövlət bir millətik. Bu vasitə ilə 44 günlük dastanlar yazılan qələbədə qəhrəmanlar yetişdirən, cəbhəyə göndərərək, əsirlik pərdəsinin yırtılmasında böyük rol oynayan Azərbaycanımızın şəhid, qazi və hərbiçi analarını dünya Müsəlman Qadınlar günündə bir daha hörmətlə anıram. Bu prosesdə dilimizin əzbəri olan o şüarı bir daha da buradan təkrarlayıram “Qarabağ Azərbaycandır!”


Zəhra Ana Dərnəyinin sədri Mehriban Əliyevaya təşəkkür etdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Mirhəmid Məmmədov: Papanın Ayətullah Sistanilə görüşü çox səmərəli oldu
    İlahiyyatçı alim Mirhəmid Məmmədov: Düşündüyümə görə, bu görüşün dünyada və reqionda sülhün bərqərar olmasında böyük rolu olacaqdır
     6.03.2021
    Hacı Surxay Məmmədli: Bu görüş tarixə qızıl hərflərlə yazılacaq
    Hacı Surxay Məmmədli: Bu səfər İslamafob təfəkküründə olan mənfur niyyətli ünsürlərin alt üst etdi
     6.03.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ