Andrey Yermak qeyd edib ki, ABŞ tərəfi təklifə maraq göstərib və onlar Rusiyanın cavabını gözləyirlər.

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak dövlət başçısı Vladimir Zelenskinin Amerika Biləşmiş Ştatları prezidenti Co Baydenə Rusiya prezidenti Vladimir Putin ilə üçtərəfli görüş keçirməyi təklif etdiyini bildirib.
İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Andrey Yermak Atlantik Şurasının iclasında verdiyi açıqlamada Amerika Birləşmiş Ştatlarının Donbas böhranının həll edilməsi məsələsindəki vasitəçilik rolunu təqdir etdiklərini vurğulayıb.
Vladimir Zelenskinin Co Baydenə Rusiya prezidenti ilə üçtərəfli görüş keçirməyi təklif etdiyini deyən Andrey Yermak görüşün onlayn formatda ola biləcəyini ifadə edib.
Andrey Yermak qeyd edib ki, ABŞ tərəfi təklifə maraq göstərib və onlar Rusiyanın cavabını gözləyirlər.
Zelenskidən Putinə TƏKLİF