1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:22.03.2019 23:48:36

“Gürcüstan ərazisində yaşayan müxtəlif millətlərdən olan insanları bir dil birləşdirməlidir, lakin bu, rus dili olmamalıdır”.

“Gürcüstan ərazisində yaşayan müxtəlif millətlərdən olan insanları bir dil birləşdirməlidir, lakin bu, rus dili olmamalıdır”.

Bunu əhalisinin böyük hissəsini azərbaycanlıların təşkil etdiyi Kvemo-Kartli bölgəsinə səfəri zamanı etdiyi çıxışda Gürcüstan prezidenti Salome Zurabişvili deyib.

“Mən çox fəxr edirəm və bütün dünyada deyirəm ki, Gürcüstan hamının yaşaya bildiyi yerdir; müxtəlif mənşəli, müxtəlif dinlərə sitayiş edən insanlar bir yerdə elə yaşayırlar ki, onlar arasında nəinki münaqişə, fikir ayrılığı belə yoxdur”, - Qardabanidə çıxış edən Zurabişvili bildirib.

Gürcüstan dövlət başçısının sözlərinə görə, bütün ölkə sakinləri görməlidirlər ki, partiyasından, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, onların bir ümumi gələcəyi var.

“Çox təəssüf edirəm ki, burada sizinlə istədiyim kimi danışa bilmirəm, istəyirəm ki, daha çox ünsiyyətimiz olsun. Mən sizinlə rus dilində danışa bilmərəm - bu, istisna olnur, çünki bu, bizi birləşdirən dil deyil”, - Salome Zurabişvili izahat verib və əlavə edib ki, azərbaycanca bir neçə söz öyrənə bilər, lakin əhali ilə bir dildə danışmağı üstün tutardı.

“Eyni zamanda, siz ənənələrinizi davam etdirmisiniz, dilinizi, mahnılarınızı, rəqslərinizi qorumusunuz, bütün bunlar Gürcüstanın var-dövlətidir və bununla bağlı başqa ölkələrdə kiçik eyib, hətta paxıllıq var ki, onlar bizim kimi bacarmırlar, bizim birlikdə etdiyimiz kimi edə bilmirlər. Odur ki, gəlin, birgə yaşayışımızı davam etdirək. bunu möhkəmləndirək və gələcəkdə bütün dünyanı heyrətləndirəcək nümunəvi ölkə olaq”, - Zurabişvili sözlərini yekunlaşdırıb. (virtualaz.org)


Zurabişvili azərbaycanlılarla rus dilində danışmaqdan imtina etdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İsrail Ordusunda reallıq: Qumara aludə olan gizir pulemyot və qumbaraları satırmış...
    İsrail Ordusu güclü olduğunu dünyaya yeritsədə, reallıq ordudakı xaos, özbaşnalıq və ruh düşkünlükdən başqa bir şey deyil
     19.07.2019
    İnqilab Keşikçilərinin Baş Komandanı: Səhv edərlərsə strategiyamızı dəyişib - müdafiədən hücuma keçəcəyik
    "İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın baş komandanı vurğulayıb: Düşmənlər öz hesablamalarında xətaya yol verərlərsə, bizim strategiyamız müdafiədən hücuma dəyişəcək və bütün imkanlarımız başdan-başa hücum xarakterli olacaqdır."
     19.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ