İlham Əliyev Gürcüstana təbii qaz təchizatı barədə sazişi təsdiqləyib

İlham Əliyev Gürcüstana təbii qaz təchizatı barədə sazişi təsdiqləyib
Yayınlanma tarixi: 7/10/2026 1:39:47 PM

İlham Əliyev Gürcüstana təbii qaz təchizatı barədə sazişi təsdiqləyib.

Azərbaycan və Gürcüstan arasında təbii qazın Gürcüstana təchizatı barədə Saziş təsdiqlənib.

"İslamazeri.com" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında təbii qazın Gürcüstana təchizatı barədə Saziş"in təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Fərmanla saziş qüvvəyə mindikdən sonra İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan Hökumətinə bildiriş göndərməlidir.

Qeyd edək ki, saziş 2026-cı il mayın 18-də Bakı şəhərində imzalanıb.

GÜNÜN MANŞETLERİ

Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb
ÖLKƏ / MÜNASİBƏT

Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb

8/18/2026 2:15:08 PM
Sabah dörd şəhər və rayonda qaz olmayacaq
ÖLKƏ / MÜXTƏLİF

Sabah dörd şəhər və rayonda qaz olmayacaq

8/18/2026 1:07:40 PM