17-18 iyulda geomaqnit qasırğası olacaq

17-18 iyulda geomaqnit qasırğası olacaq
Yayınlanma tarixi: 7/17/2023 12:12:43 PM

16 iyul axşam saatlarından başlayaraq G1 (zəif) səviyyəli geomaqnit qasırğası qeydə alınıb.

Şamaxı Astrofizika Rəsədxanasından "İslamazeri.com"a verilən xəbərə görə, Günəş küləyinin sürətinin də 17-19 iyul tarixlərində yenidən yüksələcəyi gözlənilir.

Geomaqnit sahəsinin 10-11 iyulda qeyri-stabil olması, 12-13 iyulda isə 4Kp-yə kimi yüksəlməsi ehtimalı var.

16 iyul saat 13:20-də gələn şok dalğasının təsiri ilə S1 səviyyəli radiasiya qasırğası baş verib, sonra isə geomaqnit sahəsinin aktivliyi G1 səviyyəsinə kimi yüksəlib. 17-18 iyulda Tac Kütlə Atılmalarının təsiri ilə G2 (orta) səviyyəli geomaqnit qasırğasının olacağı, 19 iyuldan sonra isə yavaş-yavaş təsirin zəifləyəcəyi gözlənilir.

GÜNÜN MANŞETLERİ

İran üç ABŞ gəmisini batırdı
REGİON / İRAN

İran üç ABŞ gəmisini batırdı

3/28/2026 1:00:45 PM
Tramp: İran
DÜNYA / MARAQLI

Tramp: İran "Tramp boğazı"nı açmalıdır

3/28/2026 12:09:01 PM
Yəməndən İsrailə raket hücumu
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Yəməndən İsrailə raket hücumu

3/28/2026 11:11:59 AM