İsrail Livanın cənubunu ağ fosfor bombaları ilə bombalamağa davam edir.
İslamazeri.com xəbər verir ki, İsrail ordusu Livanın cənubundakı ərazilərə və kəndlərə hücumlarını davam etdirib. Hücumlar nəticəsində hədəfə alınan kənd və qəsəbələrə ziyan dəyib.
Əl-Mayadeen televiziyasının Livanın cənubundakı müxbiri bildirib ki, İsrail ordusu Zavtar Şərqiyyə və Yahmar Şaqif şəhərləri arasındakı ərazidə böyük bir partlayış törədib. Bundan əvvəl Mansuri şəhərinin Maşa ərazisində başqa bir partlayış baş verdiyi bildirilib.
Davam edən hücumların bir hissəsi olaraq, İsrail artilleriyası Əli Tahir və Debşe arasındakı meşəlik ərazini fosfor mərmiləri ilə atəşə tutub.
İsrail artilleriyası həmçinin Mansuri şəhərini, Telluse və Markaba şəhərləri arasındakı ərazini, Vadi Suluki və Şeba şəhərinin ətrafını da hədəfə alıb. İsrail artilleriyası da Hula şəhərini atəşə tutmağa davam edib.
Bu hücumlar İsrailin atəşkəsi davamlı şəkildə pozması çərçivəsində baş verir.
Məlumdur ki, atəşkəs dövründə İsrail ordusu cənubdakı kənd və qəsəbələri artilleriya mərmiləri, döyüş təyyarələri və pilotsuz təyyarələrlə hədəfə alıb, əkin sahələrini yandırıb, evləri və infrastruktur obyektlərini buldozerlərlə partladıb dağıdıb və mülki şəxsləri öldürüb.