198 ağacın kəsilməsi ilə bağlı cinayət işləri başlanıb

198 ağacın kəsilməsi ilə bağlı cinayət işləri başlanıb
Yayınlanma tarixi: 3/7/2023 3:18:17 PM

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Respublikanın 5 rayonunda ekoloji hüquqpozmalarla bağlı araşdırma aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən "İslamazeri.com"a verilən xəbərə görə, araşdırmalar zamanı Tərtər, Bərdə, Zaqatala, Balakən və Bakı şəhərinin Qaradağ rayonu ərazisində meşə fonduna daxil olmayan, ümumilikdə 198 ədəd ağacın torpaq sahəsini zəbt etməklə qanunsuz kəsilməsi nəticəsində təbiətə 76 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) 259.2.3, 259.2.4 (qulluq mövqeyindən istifadə etməklə və külli miqdarda ağac kəsmə) 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə prokurorluq və daxili işlər orqanlarına göndərilib.

GÜNÜN MANŞETLERİ

İsrailə məxsus 20 zirehli texnikadan ibarət karvan Suriyaya daxil olub
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailə məxsus 20 zirehli texnikadan ibarət karvan Suriyaya daxil olub

4/28/2026 4:50:02 PM
Bakıda güclü külək səbəbindən 34 ağac aşıb
ÖLKƏ / HADİSƏ

Bakıda güclü külək səbəbindən 34 ağac aşıb

4/28/2026 3:27:37 PM
İsrail Livanda mülki yaşayış məntəqələrini dağıdır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanda mülki yaşayış məntəqələrini dağıdır

4/28/2026 3:00:01 PM