2023-cü ilin 500 ən nüfuzlu müsəlmanının adı açıqlanıb.
İslamazeri.com xəbər verir ki, müvafiq məlumatı hər il dərc edilən “Muslim 500: The THE WORLD’S 500 MOST INFLUENTIAL MUSLIMS” jurnalı paylaşıb.
Siyahıda ilk üç yerdə, müvafiq olaraq, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül-Əziz Ali-Səud, İran İslam Respublikasının Ali lideri Seyid Əli Xamenei və Qətər əmiri Şeyx Təmim bin Həmad Ali-Tanidir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 4-cü, İordaniya kralı II Abdullah əl-Hüseyn isə 5-ci yerdə qərarlaşıb.
Böyük mərceyi-təqlid Ayətullah Seyid Əli Hüseyni Sistani 9-cu ən nüfuzlu müsəlman seçilib.
Livanın “Hizbullah” hərəkatının lideri Seyid Həsən Nəsrullah 21-ci yerdədir.
Yəmənin “Ənsarullah” (“Husilər”) hərəkatının lideri Şeyx Əbdül-Malik əl-Husi bu reytinqdə 31-cidir.
Məşhur futbolçu – Misir millisinin və “Liverpul” komandasının hücumçusu Məhəmməd Salah isə 39-yerdə qərarlaşıb.
İraqın nüfuzlu siyasi liderlərindən biri Müqtəda Sədr 41-ci yerdədir.
Burada böyük mərceyi-təqlidlərdən Ayətullah Cavadi Amoli, Ayətullah Məkarim Şirazi, Ayətullah Cəfər Sübhani, Ayətullah Bəşir əl-Nəcəfi də var.
Həmçinin 500 ən nüfuzlu müsəlmanlar sırasında İran prezidenti Seyid İbrahim Rəisi, Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev də var.
Azərbaycandan isə bu reytinqə prezident İlham Əliyev, QMİ sədri Allahşükür Paşazadə, həmçinin xanəndə Alim Qasımovun da adları yer alıb.