574 700 gürcüstanlı banka olan krediti ödəyə bilmir

 574 700  gürcüstanlı banka olan krediti ödəyə bilmir
Yayınlanma tarixi: 11/28/2022 12:17:15 PM

Gürcüstanın 574 700 vətəndaşı bir aydan çoxdur banka olan krediti ödəyə bilmir.

İslamazeri.com "Az.shafaqna.com” agentliyinə istinadən xəbər verir ki, bu barədə Milli Hərəkatın deputatı Levan Xabeişvilinin sorğusuna cavab olaraq Gürcüstan Milli Bankının cavabında bildirilib.

Milli Bankın məlumatına görə, vaxtı keçmiş bütün kreditlərdən 312 900 vətəndaşın banklara, 93 900 nəfərin mikromaliyyə təşkilatlarına, 280 900 vətəndaşın lombardlara, 6 900 nəfəri isə lizinq təşkilatlarına borcludur.

Bildirilib ki, cəmi 574,7 min vətəndaş ümumi məbləği 4,4 milyon lari (təxminən, 1,7 milyon dollar) olan 1,1 milyon krediti qaytara bilmir.

Qeyd edək ki, 2018-ci ilin noyabrında Gürcüstanın o vaxtkı Baş naziri Mamuka Baxtadze 600 mindən çox vətəndaşın 570 milyon dollarlıq kretidini ödənilməsi haqqında qərar qəbul etmişdi.

GÜNÜN MANŞETLERİ

Azərbaycana yay fəsli daxil olub
ÖLKƏ / MÜXTƏLİF

Azərbaycana yay fəsli daxil olub

6/21/2026 1:21:06 PM
Pezeşkiyan Pakistan nümayəndə heyətini qəbul edib
REGİON / İRAN

Pezeşkiyan Pakistan nümayəndə heyətini qəbul edib

6/21/2026 11:00:06 AM
İran nümayəndə heyəti İsveçrədədir
REGİON / İRAN

İran nümayəndə heyəti İsveçrədədir

6/21/2026 10:21:43 AM
İsrailin dinc əhaliyə qarşı qırğını davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailin dinc əhaliyə qarşı qırğını davam edir

6/20/2026 12:30:11 PM