San Dieqodakı İslam mərkəzində baş verən atışmada beş nəfər həlak olub.
İslamazeri.com xəbər verir ki, Kaliforniyanın San Dieqo şəhərindəki İslam mərkəzində baş verən atışmada beş nəfərin öldüyü bildirilir.
NBC News-un məlumatına görə, silahlı bir şəxs mərkəzə daxil olduqdan sonra hadisə yerinə təhlükəsizlik qüvvələri göndərilib və təhlükə zərərsizləşdirilib.
ABŞ təhlükəsizlik rəsmiləri iki şübhəli hücumçunun öldürüldüyünü bildiriblər.
Ən azı bir nəfər güllələnib.
San Dieqo Polis Rəisi daha sonra iki hücumçu da daxil olmaqla ümumi ölənlərin sayının beşə çatdığını açıqlayıb.
Polis hücumu "nifrət motivli" kimi araşdırır və hücumçuların 17 və 19 yaşında olduqlarını və intihar edə biləcəklərini bildirib.