ABŞ-dan Pakistan vasitəsilə İrana yeni diplomatik mesaj: Blokada qaldırılsın, amma...
İslamazeri.com xəbər verir ki, Livanda yerləşən "Əl-Mayadin" televiziyası ABŞ administrasiyasının Pakistan vasitəçisi vasitəsilə İrana vacib diplomatik mesaj çatdırdığını bildirib.
Mesajda Vaşinqtonun Tehrana tətbiq edilən blokadanın "gizli və qeyri-rəsmi" şəkildə yumşaldılmasını təsdiqləyə biləcəyi bildirilib.
Pakistan vasitəsilə çatdırılan təklifə əsasən, İran gəmiləri və neft tankerlərinin maneəsiz üzməsinə icazə veriləcək.
Qeyd edilib ki, bu proses zamanı ABŞ Hərbi Dəniz Qüvvələrinin elementləri Oman körfəzi yaxınlığında mövcudluğunu qoruyacaq.
Lakin, İran hökuməti ABŞ prezidenti Donald Trampa qarşı mövcud olan inamsızlıq mühitinə görə bu gizli razılaşmanı rədd edib.
İran blokadanın qaldırılması qərarının bağlı qapılar arxasında deyil, ABŞ-ın özü tərəfindən açıq, aydın və rəsmi şəkildə elan edilməsinə üstünlük verir.