ABŞ danışıqlarda xoşniyyətli olduğunu sübut etməlidir

ABŞ danışıqlarda xoşniyyətli olduğunu sübut etməlidir
Yayınlanma tarixi: 2/2/2026 11:46:20 AM

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bazar ertəsi mətbuat brifinqində deyib

İslamazeri.com-un xəbərinə görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi İran və ABŞ arasında mümkün danışıqların bərpası ilə bağlı bildirib ki, məsələ hazırda araşdırma mərhələsindədir və müxtəlif aspektlər qiymətləndirilir.

Onun sözlərinə görə, region ölkələri vasitəçilik edərək müsbət rol oynayır, Avropa ölkələri isə gərginliyi artıran mövqe tutub.

Bəqayi həftəlik mətbuat konfransında ABŞ və İsrailin regionda gərginliyi artıran addımlarını tənqid edib, İran diplomatiyasının isə regional sülh və sabitliyin qorunması üçün fəal təmaslar apardığını vurğulayıb.

O, İsrailin Qəzza və Livandakı hücumlarını beynəlxalq hüququn kobud pozuntusu adlandırıb və BMT-ni məsuliyyət daşımağa çağırıb.

Nazirlik sözçüsü Avropa İttifaqının SEPAH-la bağlı qərarına cavab olaraq, səfirlərin çağırıldığını və əlavə qarşılıqlı tədbirlərin nəzərdən keçirildiyini bildirib. Qərarı “qanunsuz və strateji səhv” adlandıran Bəqayi, yaxın günlərdə müvafiq qərarların veriləcəyini qeyd edib.

ABŞ-la danışıqlar məsələsinə toxunan sözçü vurğulayıb ki, qarşı tərəf diplomatiyada ciddi və xoşniyyətli olduğunu sübut etməlidir, çünki Vaşinqtonun əvvəlki öhdəlik pozuntuları İran üçün əsas təcrübədir.

GÜNÜN MANŞETLERİ

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb
DÜNYA / İSLAM DÜNYASI

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb

5/27/2026 5:30:01 PM
İsrail Qəzzaya amansızcasına hücumlara davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Qəzzaya amansızcasına hücumlara davam edir

5/27/2026 4:35:00 PM
Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ

5/27/2026 1:54:09 PM