ABŞ İranın İraqla sərhədinə hücum edib, həyatını itirənlər var - VİDEO

ABŞ İranın İraqla sərhədinə hücum edib, həyatını itirənlər var - VİDEO
Yayınlanma tarixi: 7/23/2026 10:17:41 AM

ABŞ Ordusu bu gecə və səhərə yaxın İranın bir neçə əyalətini bombalayıb.

İslamazeri.com xəbər verir ki, ABŞ Ordusunun İranla İraq sərhədini bombalaması nəticəsində həyatını itirənlər olub.

İran rəsmi mənbələrinin açıqlamasına görə, hücum zamanı 2 nəfər həyatını itirib, 11 nəfər isə yaralanıb.

Həyatını itirənlərinin sayının artacağı istisna edilmir.

Hücumlara baxmayaraq Ərbəin üçün İraqa gedənlərin sayında azalma hiss olunmur və Şələmçə Sərhəd Nöqtəsi fəaliyyətini davam etdirir.

GÜNÜN MANŞETLERİ