ABŞ Konqresində islamofobiya əleyhinə qanun təklifi

ABŞ Konqresində islamofobiya əleyhinə qanun təklifi
Yayınlanma tarixi: 3/28/2023 5:00:17 PM

Amerika Konqresinin müsəlman nümayəndəsi Konqresdə islamofobiya ilə mübarizə üçün yeni plan təklifini açıqlayıb.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın müsəlman nümayəndəsi İlhan Ömər Nümayəndələr Palatasında İslamofobiya və müsəlmanlara qarşı nifrətlə mübarizəyə dair yeni planın təqdimatını Nümayəndələr Palatasında nəzərdən keçirmək və səsverməyə çıxarmaq üçün açıqlayıb.

Bu millət vəkili Konqres binası qarşısında keçirdiyi mətbuat konfransında deyib: "Mübarək Ramazan ayının başlaması ilə bir daha qeyd etməliyik ki, müxtəlif dinlərə mənsub insanların qorxmadan ibadət etmək hüququ olmalıdır".

İlhan Ömər izah etdi ki, bu yeni plan 2019-cu ilin mart ayının ortalarında Yeni Zelandiyanın Kraystçörç məscidinə silahlı şəxs tərəfindən 51 nəfərin ölümü ilə nəticələnən hücumun dördüncü ildönümü münasibətilə təqdim edilib.

İlhan Ömərin Konqresin saytındakı səhifəsinə görə, bu plan Nümayəndələr Palatasında Demokrat Partiyasının digər 20 nümayəndəsinin nəzarəti altında təqdim olunacaq.

GÜNÜN MANŞETLERİ

Vladimir Putin İlham Əliyevə zəng edib
ÖLKƏ / SİYASƏT

Vladimir Putin İlham Əliyevə zəng edib

7/28/2026 1:00:30 PM
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
ÖLKƏ / MÜXTƏLİF

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

7/28/2026 12:26:36 PM
İmam Məhdi (ə) yeni din gətirəcək?
DİN

İmam Məhdi (ə) yeni din gətirəcək?

7/28/2026 11:20:01 AM
Küləkli hava günortadan sonra tədricən mülayimləşəcək
ÖLKƏ / MÜXTƏLİF

Küləkli hava günortadan sonra tədricən mülayimləşəcək

7/28/2026 10:47:59 AM