ABŞ konqresmeni: Tramp İranla atəşkəsi qorumaq üçün Netanyahuya qarşı çıxmalıdır

ABŞ konqresmeni: Tramp İranla atəşkəsi qorumaq üçün Netanyahuya qarşı çıxmalıdır
Yayınlanma tarixi: 4/9/2026 11:50:01 AM

ABŞ konqresmeni: Tramp İranla atəşkəsi qorumaq üçün Netanyahua qarşı çıxmalıdır!

ABŞ konqresmeni MakQovern bildirib ki, Tramp İranla atəşkəsi qorumaq üçün İsrail lideri Netanyahua qarşı çıxmalıdır.

İslamazeri.com xəbər verir ki, Nümayəndələr Palatasının Demokrat üzvü Ceyms MakQovern sosial media paylaşımında yazıb ki, ABŞ prezidenti Donald Tramp İranla atəşkəsi qorumaq üçün sionist İsrail Baş naziri Benyamin Netanyahunun hərəkətlərinə daha fəal şəkildə qarşı çıxmalıdır.

MakQovern bildirib ki, “Netanyahunun həftələrdir mülki şəxslərin ölümünə səbəb olan Livanı bombalamasına davam etməsi bölgəni daha da xaosa salmaq və atəşkəsi pozmaq təhlükəsi yaradır. Tramp Netanyahua qarşı çıxmalıdır”.

Siyasətçi ABŞ liderinin İranla atəşkəsi hər nəyin bahasına olursa olsun qorumalı və İsrailin münaqişəni qızışdırmasının qarşısını almalı olduğunu bildirərək əlavə edib: “Onun (Trampın) təsiri var. O, bundan istifadə etməlidir!”

Dünən İsrail Baş naziri Benyamin Netanyahu İranda atəşkəsi sadəcə məqsədlərinə çatmaq yolunda bir dayanacaq kimi təsvir edib və hərbi əməliyyatları bərpa etməklə hədələyib.

ABŞ prezidenti Donald Trampın atəşkəs elanından dərhal sonra İsrail Livana hava və artilleriya hücumlarını gücləndirib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi İsrailin Livana hücumlarını ABŞ və İran arasında əldə edilən atəşkəs razılaşmasının pozulması kimi qiymətləndirib.

ABŞ-ın vitse-prezidenti J.D. Vens Livana hücumları "anlaşılmazlıq" adlandıraraq, ABŞ və İsrailin İranla atəşkəs razılaşmasının şərtlərinə Livanı daxil etmədiyini iddia edib.

GÜNÜN MANŞETLERİ

Sabahın HAVA PROQNOZU
ÖLKƏ / MÜXTƏLİF

Sabahın HAVA PROQNOZU

4/9/2026 12:59:28 PM
Livanda xəstəxanalar cəsəd və çoxsaylı bədən hissələri ilə dolub
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Livanda xəstəxanalar cəsəd və çoxsaylı bədən hissələri ilə dolub

4/9/2026 12:29:01 PM