ABŞ-lı senator: Biz İsrail üzərində təsirə malik olmalıyıq, lakin əksinədir!

ABŞ-lı senator: Biz İsrail üzərində təsirə malik olmalıyıq, lakin əksinədir!
Yayınlanma tarixi: 3/13/2026 1:30:01 PM

"Əgər İsrail Yaxın Şərqdə həyatımızı nə vaxt riskə atmalı olduğumuzu diktə edə bilirsə, niyə onlara dünyanın ən qabaqcıl silahlarını satırıq? Bu, mənim üçün məntiqli deyil, müharibəyə getməyimizin başqa məntiqi izahı yoxdur".

İslamazeri.com xəbər verir ki, ABŞ senatoru Merfi, Drop Site xəbər platformasına verdiyi açıqlamada, Tramp administrasiyasını İrana hücumlarına görə tənqid edib.

ABŞ-ın İranla müharibəyə getməsinin səbəbi ilə bağlı hələ də inandırıcı arqumentlər görmədiklərini bildirən Merfi deyib: "Biz İsrail üzərində təsirə malik olmalıyıq. İsrail bizə İranla nə vaxt müharibəyə getməli olduğumuzu deməməlidir. Bu necə tərəfdaşlıqdır?"

ABŞ dövlət katibi Marko Rubionun "ABŞ hücum etdi, çünki İsrail artıq İrana hücum planlaşdırırdı" ifadəsinə toxunan senator deyib: "İsrailin etdiyi hər şey bizim dəstəyimiz və ABŞ silahları sayəsində mümkündür".

Senator Merfi həmçinin ABŞ-ın İsrailə silah satışını tənqid edərək bildirib: "Əgər İsrail Yaxın Şərqdə həyatımızı nə vaxt riskə atmalı olduğumuzu diktə edə bilirsə, niyə onlara dünyanın ən qabaqcıl silahlarını satırıq? Bu, mənim üçün məntiqli deyil, müharibəyə getməyimizin başqa məntiqi izahı yoxdur".

Merfi ABŞ və İsrailin İrana hücumlarının Yaxın Şərqi təhlükəyə atdığını, Amerika əsgərlərinin həyatına son qoyduğunu və enerji qiymətlərini qaldırdığını vurğulayaraq, bütün bunların arxasındakı səbəbləri anlamaqda çətinlik çəkdiklərini əlavə edib.

GÜNÜN MANŞETLERİ