ABŞ Livandakı vətəndaşlarını ölkəni tərk etməyə çağırıb.
İslamazeri.com xəbər verir ki, ABŞ Dövlət Departamenti Livandakı vətəndaşlarını ölkəni tərk etməyə çağırıb.
Beyrutdakı ABŞ səfirliyi Livandakı təhlükəsizlik vəziyyətinin mürəkkəb olduğunu və sürətlə dəyişə biləcəyini bildirib və vətəndaşlardan kommersiya uçuşları davam edərkən ölkəni tərk etmələrini istəyib.
Bəyanatda əlavə edilib ki, ölkədə qalmağı seçən ABŞ vətəndaşları fövqəladə hallara hazırlıq görməli və hadisələrin inkişafını yaxından izləməlidirlər.