ABŞ Yəmənə qarşı Səudiyyəyə silah və CENTCOM dəstəyi verir.
İslamazeri.com xəbər verir ki, ABŞ Dövlət Departamenti dünən gecə yayımlanan açıqlamada, Əbha Hava Limanına edilən hücumu xatırladaraq Ər-Riyadın yanında olduğunu və "İranın dəstəklədiyi husilərin hücumları da daxil olmaqla İran təcavüzünə" qarşı çıxmağa davam edəcəyini bildirib.
Bəyanatda həmçinin ABŞ-ın maraqlarını təhdid edən Yəməndəki İranın dəstəklədiyi husilərə və digər terrorçu qruplara qarşı səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Bu hadisələrə paralel olaraq, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandan müavini Patrik Frank Ər-Riyada səfər edib.
Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-nın məlumatına görə, Frank hərbi əməkdaşlığın gücləndirilməsi və hər iki ölkənin ortaq maraqlarına xidmət edəcək sahələri müzakirə etmək üçün Səudiyyə Ərəbistanının Baş Qərargah rəisi general Fəyyad əl-Ruveyli ilə görüşüb.
Səfər ABŞ-ın Səudiyyə Ərəbistanına təxminən 1,96 milyard dollar dəyərində, o cümlədən qabaqcıl dəqiq silah sistemləri ilə yeni silah satışına dair təsdiqindən sonra baş tutub.