Abşeronda qanunsuz tikintinin qarşısı alınıb

Abşeronda qanunsuz tikintinin qarşısı alınıb
Yayınlanma tarixi: 1/17/2023 2:40:03 PM

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

İslamazeri.com-un FHN-in saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonu, Məmmədli kəndi ərazisində müvafiq icazəverici sənədlər olmadan və yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktı aşkar edilib.

Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyekt sökülüb.

GÜNÜN MANŞETLERİ

İsraildəki ABŞ bazası vuruldu: GİZLİ TƏFƏRRÜATLAR
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsraildəki ABŞ bazası vuruldu: GİZLİ TƏFƏRRÜATLAR

3/11/2026 1:10:05 PM
Sabahın HAVA PROQNOZU
ÖLKƏ / MÜXTƏLİF

Sabahın HAVA PROQNOZU

3/11/2026 12:14:25 PM