ADY: Bakı-Tbilisi-Bakı marşrutu üzrə 1 000-dən çox bilet satılıb

ADY: Bakı-Tbilisi-Bakı marşrutu üzrə 1 000-dən çox bilet satılıb
Yayınlanma tarixi: 5/22/2026 11:15:40 AM

ADY: Bakı-Tbilisi-Bakı marşrutu üzrə 1 000-dən çox bilet satılıb.

Bakı-Tbilisi-Bakı marşrutu üzrə qısa müddətdə 1000-dən çox bilet satılıb.

İslamazeri.com xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.

Bildirilib ki, ümumilikdə Bakıdan 400, Tbilisidən isə 500-dən artıq bilet satışı qeydə alınıb.

Hazırda bilet alışına yüksək tələbat nəzərə alınaraq Bakıdan yola düşəcək ilk qatara 1 vaqon da əlavə edilib.

Qeyd edək ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə biletlərə yüksək tələbat fonunda bilet satışı sistemində və kassalarda müəyyən ləngimələr müşahidə olunur.

Yaranmış müvəqqəti çətinliyə görə üzr istəyir və sərnişinlərimizdən anlayışla qarşılamalarını xahiş edirik.

Xatırladaq ki, bu marşrut üzrə qatarlar Bakıdan 25 may, Tbilisidən isə 26 may tarixində hərəkətə başlayacaq.

GÜNÜN MANŞETLERİ

Fətullahçı terrorçuların çevriliş cəhdindən 10 il keçir
REGİON / TÜRKİYƏ

Fətullahçı terrorçuların çevriliş cəhdindən 10 il keçir

7/15/2026 11:03:09 AM
Pezeşkiyandan Trampa CAVAB
REGİON / İRAN

Pezeşkiyandan Trampa CAVAB

7/15/2026 11:01:51 AM
Duanın qəbul olması üçün 10 qayda
DİN

Duanın qəbul olması üçün 10 qayda

7/15/2026 11:00:01 AM