AFFA Premyer Liqanın 3 klubunu cərimələyib

AFFA Premyer Liqanın 3 klubunu cərimələyib
Yayınlanma tarixi: 12/13/2023 1:15:24 PM

AFFA İntizam Komitəsi Premyer Liqanın 3 klubunu - “Qəbələ”, “Sabah” və “Neftçi”ni cərimələyib.

İslamazeri.com xəbər verir ki, buna XVI turun oyunlarında baş verən neqativ hallar səbəb olub.

“Kəpəz”lə görüşün 49-cu dəqiqəsində qırmızı vərəqə alan “Qəbələ”nin yarımmüdafiəçisi Emil Səfərov 1 oyunluq cəzalandırılıb. “Qırmızı-qaralar” isə 500 manat cərimə edilib.

Təcili tibbi yardım avtomobili “Səbail”lə ev matçına təyin olunmuş vaxtdan gec gəldiyi üçün “Sabah” 1000 manat ziyana düşüb. Hesab tablosu işləmədiyindən, “bayquşlar”a xəbərdarlıq edilib.

“Neftçi” - “Turan Tovuz” görüşündə də hesab tablosu işləməyib. Bu üzdən “ağ-qaralar” da xəbərdarlıq alıb. Matç bitdikdən sonra meydana kənar şəxslərin daxil olması isə “Neftçi”nin 800 manat cərimələnməsinə yol açıb.

GÜNÜN MANŞETLERİ

SABAHIN HAVASI
ÖLKƏ / MÜXTƏLİF

SABAHIN HAVASI

7/25/2026 1:29:54 PM
Bəhreyn və Küveytdən İrana ilk birbaşa hücum
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Bəhreyn və Küveytdən İrana ilk birbaşa hücum

7/25/2026 10:30:01 AM
Sorğu: İsraillilərin əksəriyyəti Netanyahunu istəmir
DÜNYA / MARAQLI

Sorğu: İsraillilərin əksəriyyəti Netanyahunu istəmir

7/25/2026 10:10:03 AM
İmam Zamanın (ə.f) razılığı
DİN

İmam Zamanın (ə.f) razılığı

7/25/2026 12:00:01 AM