Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
Yayınlanma tarixi: 4/24/2023 1:23:57 PM

Bakı, Sumqayıt, Abşeron, Lənkəran və Masallıda ağac kəsilməsi faktları aşkarlanıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhərinin Xətai, Nəsimi rayonlarında, eyni zamanda Sumqayıt şəhəri, Abşeron, Masallı və Lənkəran rayonları ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən edilib.

İslamazeri.com xəbər verir ki, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların Xətai rayonu, Zeytun küçəsi 40 ünvanında vətəndaş Sərdar İmanov tərəfindən, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllədə “SR-A Construction” MMC, Sumqayıt şəhəri, 5-ci mikrorayonda İlham Teyyubov, Abşeron rayonu, Xırdalan şəhərində Əfqan Xankişiyev, Masallı rayonu, Çaxırlı kəndində Mübariz Dadaşov, Lənkəran rayonu, Günəhir kəndində isə Günəhir bələdiyyəsi tərəfindən kəsildiyi məlum olub:

“Faktlarla bağlı akt tərtib edilib. Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.

GÜNÜN MANŞETLERİ

Almaniya Hörmüz boğazında hərbi əməliyyata hazırlaşır - ŞOK İDDİA
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Almaniya Hörmüz boğazında hərbi əməliyyata hazırlaşır - ŞOK İDDİA

4/26/2026 1:52:36 PM
Güclü külək əsəcək, yağış yağacaq - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Güclü külək əsəcək, yağış yağacaq - PROQNOZ

4/26/2026 1:40:01 PM
Əraqçi Oman sultanı ilə görüşüb
DÜNYA / SİYASƏT

Əraqçi Oman sultanı ilə görüşüb

4/26/2026 12:46:41 PM
Makron: Tramp Avropanın əleyhinə hərəkətlər edir
DÜNYA / MARAQLI

Makron: Tramp Avropanın əleyhinə hərəkətlər edir

4/26/2026 11:32:54 AM
Trampın qatıldığı tədbirdə silahlı hücum
DÜNYA / MARAQLI

Trampın qatıldığı tədbirdə silahlı hücum

4/26/2026 10:51:49 AM