Ağdamda iki nəfər minaya düşərək həlak olub

Ağdamda iki nəfər minaya düşərək həlak olub
Yayınlanma tarixi: 16.03.2023 13:29:48

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində yerli sakinlər mina partlayışı nəticəsində həyatlarını itiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "İslamazeri.com"a bildirilib ki, 1999-cu il təvəllüdlü İsrail Həsənov İbrahim oğlu və 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğlu heyvan otararkən minaya düşüblər.

Fakt üzrə rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

GÜNÜN MANŞETLERİ