Aİ Qazaxıstanla əlaqələri möhkəmləndirmək istəyir

Aİ Qazaxıstanla əlaqələri möhkəmləndirmək istəyir
Yayınlanma tarixi: 18.11.2022 12:26:32

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə xüsusi nümayəndəsi Cosep Borrell bildirib ki, onlar Mərkəzi Asiyanın ən böyük ticarət və investisiya tərəfdaşları olan Qazaxıstanla əlaqələri dərinləşdirmək və möhkəmləndirmək istəyirlər.

İslamazeri.com xəbər verir ki, C.Borrell Qazaxıstanın paytaxtı Astanada rəsmi görüşlər keçirib.

  Qazaxıstan xarici işlər naziri Muxtar Tileuberdi ilə nümayəndə heyətləri arasında görüşlər keçirən Cozep Borrell daha sonra prezident Kasım Cömert Tokayev tərəfindən Akorda Prezident Sarayında qəbul edilib.

  Tokayev bildirib: “Səfər ikitərəfli əməkdaşlığın gücləndirilməsi baxımından çox əhəmiyyətlidir.

  Qazaxıstan və Aİ arasında son dövrdə həyata keçirilən mühüm səfərlərlə ikitərəfli əməkdaşlığın bir çox sahələrində qarşılıqlı anlaşma əldə edilib. Biz Aİ ilə yüksək səviyyəli əlaqələri alqışlayırıq”.

  Cozep Borrell Akordadakı görüşlərdən sonra Qazaxıstanın xarici işlər naziri Tileuberdi ilə birlikdə mətbuata açıqlamalar verərək deyib: “Aİ-nin Mərkəzi Asiyaya yatırdığı sərmayələrin 60 faizi hazırda Qazaxıstana gəldi.

  Aİ Qazaxıstanın ən böyük ticarət və investisiya tərəfdaşıdır. Biz əlaqələrimizi daha da dərinləşdirmək və gücləndirmək istəyirik".

  Öz növbəsindəki çıxışında Muxtar Tileuberdi deyib: “Aİ 160 milyard dollarla Qazaxıstanın ən böyük investisiya tərəfdaşlarından biridir. Kənd təsərrüfatı, yaşıl iqtisadiyyat, enerji, rəqəmsallaşma, nəqliyyat və logistika sahələrində Aİ ilə əməkdaşlığı şaxələndirmək istəyirik”.

  Xatırladaq ki, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel (Charles Michel) oktyabr ayında Astanaya səfəri zamanı Qazaxıstanla çoxtərəfli əməkdaşlığın daha da gücləndirilməsi, dərinləşdirilməsi və genişləndirilməsi ilə bağlı müzakirələr aparıb. Aİ Komissiyasının sədri Ursula fon der Leyen isə Qazaxıstanın baş naziri Əlihan İsmayılov ilə Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP27) üzv ölkələrin 27-ci Sammitində Aİ ilə Qazaxıstan arasında xammal və emal olunmuş məhsullar üzrə materialların tədarükünə dair strateji tərəfdaşlıq müqaviləsi imzalayıb.

GÜNÜN MANŞETLERİ

Azərbaycanda daha 48 nəfər COVID-19-a yoluxub
ÖLKƏ / SƏHİYYƏ

Azərbaycanda daha 48 nəfər COVID-19-a yoluxub

1.12.2022 18:00:13
BMT Əfqanıstandakı humanitar vəziyyətlə bağlı bəyanat yayıb
DÜNYA / İSLAM DÜNYASI

BMT Əfqanıstandakı humanitar vəziyyətlə bağlı bəyanat yayıb

1.12.2022 14:04:59
Müqəddəs Ərdəbilinin yuxusu
DİN

Müqəddəs Ərdəbilinin yuxusu

1.12.2022 13:26:44
İŞİD terror təşkilatının lideri məhv edilib
DÜNYA / İSLAM DÜNYASI

İŞİD terror təşkilatının lideri məhv edilib

1.12.2022 12:56:02