Allahşükür Paşazadə Mərakeşə səfərə gedir

Allahşükür Paşazadə Mərakeşə səfərə gedir
Yayınlanma tarixi: 11/18/2022 2:28:18 PM

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 20-də Mərakeşə səfərə yola düşür.

İslamazeri.com xəbər verir ki, QMİ-nin mətbuat xidmətindən bildirilib ki, səfərin məqsədi noyabrın 22-23-də Mərakeş Krallığının Fəs şəhərində keçirilməsi planlaşdırılan Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının (UNAOC) IX Qlobal Forumunda iştirak etməkdir.

BMT Sivilizasiyalar Alyansının, Mərakeş Krallığının və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmtəşkilatçılığı ilə keçirilən Fəs Qlobal Forumunun mövzusu “Sülh alyansına doğru: Vahid bəşəriyyət olaraq birlikdə yaşamaq”dır. Birləşmiş Millətlər Təşkilatının Baş katibinin, Mərakeş Kralı VI Məhəmmədin də iştirak edəcəkləri foruma dəvət alan Şeyxülislam Allahşükür Paşazadə tədbirin nüfuzlu dövlət xadimlərinin yer aldığı ilk hissəsində - “Müdriklərin səsi” bölümündə çıxış edəcək.

Dünyanın tanınmış siyasi, elm, din və ictimaiyyət xadimlərinin iştirak edəcəkləri Forumda qlobal kontekstdə aktual əhəmiyyət kəsb edən bir çox mövzuların, o cümlədən zorakı ekstremizm, terrorizm, nifrət çağırışları, dini liderlərin, qadınların və gənclərin rolu, təhsil, qlobal vətəndaşlıq, çoxtərəflilik və digər məsələlər barədə fikir mübadiləsi nəzərdə tutulur. Forum iştirakçıları qarşılıqlı hörmət, bir-birini qəbuletmə, birgəyaşayış, dinlərarası, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa əsaslanan, sülhə, birliyə və həmrəyliyə aparan yolları müzakirə edəcəklər.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin Forum çərçivəsində tədbirlərdə iştirakı və görüşləri nəzərdə tutulur.

GÜNÜN MANŞETLERİ

Karlson: Tramp İrana hücum etdiyi üçün həbs olunmalıdır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Karlson: Tramp İrana hücum etdiyi üçün həbs olunmalıdır

3/14/2026 10:13:29 PM
Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək
REGİON / İRAN

Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək

3/14/2026 9:52:22 PM
İranlı deputatdan Ukraynaya xəbərdarlıq
REGİON / İRAN

İranlı deputatdan Ukraynaya xəbərdarlıq

3/14/2026 8:16:40 PM
İsrailli general: Amerika bataqlığa sürükləndi
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailli general: Amerika bataqlığa sürükləndi

3/14/2026 8:01:39 PM