Allahşükür Paşazadə Portuqaliyaya səfər edəcək

Allahşükür Paşazadə Portuqaliyaya səfər edəcək
Yayınlanma tarixi: 2/17/2023 11:16:54 AM

KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar şurasının üzvü Şeyxülislam Allahşükür Paşazadə sessiyada əsas məruzəçi qismində çıxış edəcək.

18 fevral tarixində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar şurasının 28-ci sessiyasında iştirak etmək üçün Portuqaliyanın paytaxtı Lissabon şəhərinə səfərə yola düşür.

İslamazeri.com xəbər verir ki, QMİ-nin Mətbuat Xidmətindən verilən xəbərə görə, sessiya qurumun mənzil-qərargahının yerləşdiyi Lissabon şəhərində fevralın 20-də keçiriləcək. Mərkəzin Katibliyinin yeni rəhbərliyinin iştirakı ilə keçirilən sessiya uzun müddət videokonfrans formatından sonra ilk dəfə əyani baş tutacaq.

KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar şurasının üzvü Şeyxülislam Allahşükür Paşazadə sessiyada əsas məruzəçi qismində çıxış edəcək.

GÜNÜN MANŞETLERİ

Oman sultanı Müctəba Xameneini təbrik edib
DÜNYA / İSLAM DÜNYASI

Oman sultanı Müctəba Xameneini təbrik edib

3/9/2026 11:00:01 PM
Ayətullah Müctəba Xamenei kimdir?
REGİON / İRAN

Ayətullah Müctəba Xamenei kimdir?

3/9/2026 11:00:01 PM
Netanyahudan 3-4 gündür xəbər yoxdur
DÜNYA / MARAQLI

Netanyahudan 3-4 gündür xəbər yoxdur

3/9/2026 10:58:01 PM
İlham Əliyev Müctəba Xameneini təbrik edib
ÖLKƏ / SİYASƏT

İlham Əliyev Müctəba Xameneini təbrik edib

3/9/2026 5:00:01 PM