Anar Kərimov UNESCO-ya çağırış edib

Anar Kərimov UNESCO-ya çağırış edib
Yayınlanma tarixi: 8.12.2022 10:11:24

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov UNESCO-ya çağırış edib.

İslamazeri.com xəbər verir ki, A.Kərimov UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, ICOMOS Azərbaycan Milli Komitəsi, ICOM Azərbaycan Milli Komitəsi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Mədəni sərvətlərin qorunmasında UNESCO Konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda beynəlxalq elmi konfransda çıxışında deyib ki, ərazilərimiz azad ediləndən sonra Azərbaycan missiya həyata keçirmək üçün UNESCO-ya müraciət edib və buna baxmayaraq müraciət cavabsız qalıb:

“Ancaq təəssüflər olsun ki, UNESCO mandatına uyğun olaraq mədəni mirasa sahib çıxmaq kimi öhdəliyi yerinə yetirməyib. Bu, Azərbaycan tərəfindən də mənfi qarşılanıb. Yenə də UNESCO-ya çağırış etmək istəyirəm ki, öz mandatını yerinə yetirsin və qəbul etdiyi konvensiyalara sadiqliyini nümayiş etdirsin”.

GÜNÜN MANŞETLERİ

Bu gün Ərbəindir
DİN

Bu gün Ərbəindir

6.09.2023 09:29:34
İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb
DÜNYA / İSLAM DÜNYASI

İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb

28.08.2023 17:40:05
Qətər: İsrail Fələstin torpaqlarını işğal edib
DÜNYA / İSLAM DÜNYASI

Qətər: İsrail Fələstin torpaqlarını işğal edib

28.08.2023 17:36:55