Argentina dünya çempionu oldu

Argentina dünya çempionu oldu
Yayınlanma tarixi: 18.12.2022 22:10:19

Argentina yığması üçqat dünya çempionu adını qazanıb.

İslamazeri.com xəbər verir ki, Qətərdə keçirilən futbol üzrə dünya çempionatının final oyununda Fransanı məğlub edərək dünya çempionu olub.

Matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb.

Matçın qalibini, eyni zamanda, dünya çempionunu müəyyən etmək üçün əlavə vaxt oynanılıb. Əlavə vaxtda tərəflər bir dəfə fərqləniblər – 3:3. Matçın 109-cu dəqiqəsində Lionel Messi, 118-ci dəqiqəsində Kilyan Mbappe fərqləniblər.

126 dəqiqəlik oyun nəticəsində qalib müəyyən edilmədiyi üçün penaltilər vurulub.
Penaltilər seriyasında Argentina 4:2 hesabı ilə irəli çıxaraq Dünya Çempionatının qalibi olub.
Beləliklə, Argentina yığması üçqat dünya çempionu adını qazanıb.

GÜNÜN MANŞETLERİ