ATU-nun Hərbi Tibb Fakültəsinə qəbul qaydaları açıqlanıb

ATU-nun Hərbi Tibb Fakültəsinə qəbul qaydaları açıqlanıb
Yayınlanma tarixi: 2/14/2023 10:49:09 AM

Azərbaycan dilində tədris aparılacaq təhsil müəssisəsində təhsil forması əyani olaraq 6 il müəyyən edilib.

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə Hərbi tibb və Hərbi feldşer işi ixtisasları üzrə 2023/2024-cü tədris ili üçün qəbul qaydaları açıqlanıb.

İslamazeri.com xəbər verir ki, Azərbaycan dilində tədris aparılacaq təhsil müəssisəsində təhsil forması əyani olaraq 6 il müəyyən edilib.

Hərbi tibb və Hərbi feldşer işi ixtisası üzrə Hərbi Tibb Fakültəsinə qəbul üçün keçiriləcək test imtahanına hərbi həkim komissiyasından hərbi xidmətə yararlı qərarı ilə keçmiş namizədlər buraxılır.

Hərbi Tibb Fakültəsinə qəbul olan şəxslər ödənişsiz əsaslarla təhsil alırlar. Hərbi tibb ixtisası üzrə qəbul olmuş şəxslər 4-cü kursadək təhsil aldıqdan sonra hərbi andı qəbul edirlər və bütün növ təminatlarla təmin edilirlər.

Hərbi tibb ixtisası üzrə qəbul olmuş şəxslər 4-cü kursadək ayda 90 manat, son 2 ili isə ayda 181 manat məbləğində müavinət alırlar. Təhsili və intizamı ilə fərqlənən əlaçı kursant və tələbələrin aylıq müavinətlərinə müvafiq qaydalara uyğun əlavələr edilir.

Hərbi tibb və Hərbi feldşer işi ixtisası üzrə Hərbi Tibb Fakültəsinə qəbul olmaq istəyən namizədlər 1-30 aprel tarixinədək ərizə ilə fakültə rəisinə müraciət etməlidirlər.

 

GÜNÜN MANŞETLERİ

Oman sultanı Müctəba Xameneini təbrik edib
DÜNYA / İSLAM DÜNYASI

Oman sultanı Müctəba Xameneini təbrik edib

3/9/2026 11:00:01 PM
Ayətullah Müctəba Xamenei kimdir?
REGİON / İRAN

Ayətullah Müctəba Xamenei kimdir?

3/9/2026 11:00:01 PM
Netanyahudan 3-4 gündür xəbər yoxdur
DÜNYA / MARAQLI

Netanyahudan 3-4 gündür xəbər yoxdur

3/9/2026 10:58:01 PM