Ayətullah Cəfər Sübhani başsağlığı verib

 Ayətullah Cəfər Sübhani başsağlığı verib
Yayınlanma tarixi: 3/1/2026 1:29:55 PM

“Ayətullah Xamenei, ‘Həqiqətən, həyat yalnız iman və cihaddır (İnnəməl-həyatu əqidətun və cihad)’ kəlamının gerçək bir nümunəsi idi"

İslamazeri.com xəbər verir ki, mərcə təqdlidlərdən Ayətullah Cəfər Sübhani başsağlığı bəyanatı verib.

Bəyanatın tam mətni belədir:

"Rəhman və Rəhim olan Allahın adı ilə

“Şübhəsiz, biz Allaha məxsusuq və Ona da qayıdacağıq.”

“Həqiqətən, həyat yalnız iman və cihaddır.”

İran İslam Respublikasının Rəhbəri Ayətullah Xameneinin (qüddisə sirruh) məzlumcasına şəhadət xəbəri və həmçinin çoxsaylı məzlum vətəndaşların, xüsusilə müdafiəsiz qadın və uşaqların kütləvi şəkildə qətlə yetirilməsi İslam ümməti arasında, xüsusilə də əziz İran xalqı arasında böyük hüzn və kədər dalğası yaratmışdır.

Bu acı və kədərli hadisə münasibətilə Həzrət Vəliyyi-Əsrə (Allah-Təala zühurunu yaxın etsin), bütün İslam ümmətinə, xüsusilə böyük alimlərə və ali təqlid mərciələrinə və xüsusən də möhtərəm şəhid ailələrinə başsağlığı verir, Uca Allahdan onlar üçün məqamların ucalığını, geniş rəhmətini və ilahi razılığını diləyirəm.

Ayətullah Xamenei “Həqiqətən, həyat yalnız iman və cihaddır” sözünün həqiqi bir nümunəsi idi; gənclik illərindən ömrünün son anınadək qələmi, bəyanı, canı və qəlbi ilə İslamın təlimlərini açıqlamaq və ölkəni hikmətlə idarə etmək yolunda çalışdı; nəhayət, mübarək Ramazan ayında uca şəhadət məqamına çataraq böyük cəddi — Möminlərin Əmiri Həzrət Əlinin (ə) qonağı oldu.

 Allahdan diləyimiz budur ki, bu məzlumların pak qanını cavabsız qoymasın, onların intiqamını xəbis, lənətli və vəhşi düşmənlərdən alsın. Böyük İran xalqından da birlik və həmrəyliyi qorumaqlarını xahiş edirik. Mütəal  Allah bu ölkənin və bu nizamın qoruyucusudur.

“Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.

Qum – Cəfər Sübhanî"

GÜNÜN MANŞETLERİ