Ayətullah Məkarim Şirazi ABŞ və İsrailə qarşı cihada çağırış edib.
Şiə Mərcəyi-Təqlid Ayətullah Məkarim Şirazi ABŞ və İsrailə qarşı cihada çağırış edib.
İslamazeri.com xəbər verir ki, Ayətullah Məkarim Şirazi öz açıqlamasında, İran xalqının və İslam dünyasının "inqilabın şəhid liderinin qanının intiqamını alacaq tərəf" olduğunu bildirib.
Bəyanatda həmçinin bu hadisənin əsas günahkarlarının "zalım ABŞ administrasiyası və pis niyyətli sionist rejim" olduğu qeyd edilərək, bu qisasın dünyadakı bütün müsəlmanlar üçün dini bir vəzifə təşkil etdiyi vurğulanıb. Bəyanatda bu cinayətkarların şərinin yer üzündən silinməsinin vacibliyi vurğulanıb.