Ayətullah Sistaninin öz şəxsi evi varmı?

Ayətullah Sistaninin öz şəxsi evi varmı?
Yayınlanma tarixi: 2/20/2026 9:25:23 PM

Böyük mərceyi-təqlid müctehidi olan Ayətullah əl-Üzma Seyid Sistaninin şəxsi evi yoxdur və o böyük İslam alimi yarım əsrdən çoxdur ki, kirayədə qalır.

İslamazeri.com az.shafaqna.com-a istinadən xəbər verir ki, bu barədə ev sahibi olan Seyid Məhəmməd Əmin məlumat verib.

Qeyd edək ki, Ayətullah Sistaninin 56 ildir kirayədə qaldığı ev İraqın Nəcəf şəhərində - əmirəl-möminin İmam Əlinin (ə) mübarək hərəmindən təxminən 100 metr məsafədə dar və ensiz küçələrdən birində yerləşir.

Evin sahəsi cəmi 70 kvadrat metrdir. Ayətullah Sistani 1970-ci ildən bəri öz fəaliyyətini bu evdən davam etdirir və zəvvarlar, sıravi insanlar, dünya səviyyəli siyasətçiləri də məhz burada qəbul edir.

Xatırladaq ki, İran İslam İnqibanın banisi olmuş digər böyük mərhum mərceyi-təqlid İmam Xomeyni də sürgündə olarkən İmam Əli (ə) ziyarətgahının yaxınlığındakı evdə kirayədə qalırdı.

GÜNÜN MANŞETLERİ

Bakıda 108 küçə və prospektdə yol təmiri aparılır
ÖLKƏ / MÜXTƏLİF

Bakıda 108 küçə və prospektdə yol təmiri aparılır

8/5/2026 5:23:43 PM
Salavat necə deyilməlidir?
DİN

Salavat necə deyilməlidir?

8/5/2026 4:41:16 PM
MİQ üzrə vakansiya seçiminə başlanılıb
ÖLKƏ / TƏHSİL

MİQ üzrə vakansiya seçiminə başlanılıb

8/5/2026 3:47:22 PM
Suriya İraqla sərhədə qoşun yığır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Suriya İraqla sərhədə qoşun yığır

8/5/2026 1:46:54 PM
Sabah yağış yağacaq, güclü külək əsəcək
ÖLKƏ / MÜXTƏLİF

Sabah yağış yağacaq, güclü külək əsəcək

8/5/2026 1:24:26 PM