Ayətullah Xameneidən müharibə açıqlaması

Ayətullah Xameneidən müharibə açıqlaması
Yayınlanma tarixi: 2/1/2026 2:23:59 PM

İran İslam İnqilabının Rəhbəri bildirib: Amerikalılar bilməlidirlər ki, əgər bu dəfə müharibə başlatsalar, bu müharibə regional müharibə olacaq.

İslamazeri.com-un məlumatına görə, 12 Bəhmən ayı münasibətilə —  İmam Xomeyninin tarixi şəkildə vətənə qayıdışının ildönümü, Fəcr ongünlüyünün başlanğıcı və İslam İnqilabının qələbəsinin 47-ci ildönümü münasibətilə — müxtəlif təbəqələrdən olan minlərlə insan İmam Xomeyni (r.ə.) Hüseyniyyəsində İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşüb.

Aşağıda onun çıxışlarından seçmələr təqdim olunur:

  • Bəzən müharibədən danışdıqlarını görürsünüz ki, guya təyyarələrlə gələcəyik və belə edəcəyik, elə edəcəyik — bu yeni məsələ deyil. Keçmişdə də amerikalılar dəfələrlə öz bəyanatlarında “bütün variantlar masadadır” deyə hədələyirdilər. “Bütün variantlar” demək, o cümlədən müharibə variantı deməkdir. Bunu həmişə deyiblər. İndi bu adam da eyni şəkildə davamlı olaraq iddia edir ki, bəli, biz gəmi gətirdik, bunu etdik, onu etdik və s.

  • Mənim fikrimcə, İran xalqını bu cür şeylərlə qorxutmaq olmaz. İran xalqı bu sözlərin təsiri altına düşmür. Haqq qarşısında durmaqdan qorxmur. Biz müharibəni başlayan tərəf deyilik. Biz kiməsə zülm etmək istəmirik, heç bir ölkəyə hücum etmək niyyətimiz yoxdur. Amma tamah göstərən, hücum etmək və əziyyət vermək istəyən hər kəsin qarşısında İran xalqı ona möhkəm bir zərbə vuracaq. Amerikalılar bunu da bilməlidirlər ki, əgər bu dəfə müharibə başlatsalar, bu müharibə regional müharibə olacaq.

  • Amerika ilə İran arasındakı məsələ nədir? Qırx ildən artıqdır ki, İranla Amerika arasında düşmənçilik var — bu qarşıdurmanın səbəbi nədir? Məncə, məsələ iki kəlmə ilə xülasə olunur: Amerika İranı udmaq istəyir; ağıllı və ləyaqətli İran xalqı və İslam Respublikası buna mane olur.

  • Deyir ki, elçiliyə getdim, hər şey bitib, məsələ iki kəlmədə qalıb. Mən deyirəm, qızınızı istəyirik, onlar deyirlər: “Səhv edirsiniz.” İndi də İran xalqı qarşı tərəfə deyib: “Səhv edirsiniz.” Yəni İran xalqının “günahı” bu mövzuda mübarizə aparmasıdır.

  • Sizin İranınızda, sizin ölkənizdə çoxlu cəlbedici xüsusiyyətlər var. İranın nefti cəlbedicidir. Qazı cəlbedicidir. Zəngin mədənləri cəlbedicidir. Strateji və coğrafi mövqeyi cəlbedicidir. Daha çox xüsusiyyətlər də var. İran elə bir ölkədir ki, təcavüzkar və tamahkar bir güc təbii olaraq belə bir ölkəyə göz dikir. İran belə bir ölkədir. Onlar bu ölkəni ələ keçirmək istəyirlər, necə ki, əvvəllər də nəzarətləri altında olub.

  • Amerikalılar otuz ildən artıq müddətdə İranda idilər: resurslar onların əlində idi, neft onların əlində idi, siyasət onların əlində idi, təhlükəsizlik onların əlində idi, dünya ilə əlaqələr onların əlində idi — hər şey onların nəzarətində idi və istədikləri hər şeyi etdilər. Sonra əlləri kəsildi. İndi yenidən qayıdıb Pəhləvilər dövründəki vəziyyəti bərpa etmək istəyirlər. İran xalqı isə möhkəm dayanıb, sinəsini sipər edib və buna mane olur. Düşmən budur. Mübahisə də bunun üstündədir. Qalan sözlər — insan haqları və bu kimi boş bəhanələrdir. Əsas məsələ budur: o tərəf tamah göstərir, İran isə möhkəm dayanıb və Allahın köməyi ilə qarşı tərəfi fitnəkarlıqdan və əziyyət verməkdən ümidsiz edəcək.

GÜNÜN MANŞETLERİ

Ayətullah Xameneidən müharibə açıqlaması
REGİON / İRAN

Ayətullah Xameneidən müharibə açıqlaması

2/1/2026 2:23:59 PM
Bəzi yerlərdə qar yağacaq - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Bəzi yerlərdə qar yağacaq - PROQNOZ

2/1/2026 1:50:01 PM
Bu gün Beynəlxalq Hicab Günüdür
DÜNYA / İSLAM DÜNYASI

Bu gün Beynəlxalq Hicab Günüdür

2/1/2026 1:08:59 PM
İranda
REGİON / İRAN

İranda "Fəcr ongünlüyü" tədbirləri başladı

2/1/2026 10:43:22 AM