Ayətullah Xameneinin müşaviri Hizbullahın ofisini ziyarət etdi

Ayətullah Xameneinin müşaviri Hizbullahın ofisini ziyarət etdi
Yayınlanma tarixi: 6/2/2026 12:20:31 PM

İranın Ali Rəhbərinin müşaviri və köməkçisi Məhəmməd Möhbər Hizbullahın Tehrandakı ofisini ziyarət edib.

İslamazeri.com xəbər verir ki, Məhəmməd Möhbər hərəkatın Tehrandakı nümayəndəsi Seyid Abdullah Səfiyəddin ilə görüşündə Müqavimət Oxunun birliyini vurğulayıb.

Məhəmməd Möhbər bəyan edib ki, Livan və digər müqavimət cəbhələri nəzərə alınmadan, yalnız İran İslam Respublikası ilə birtərəfli qaydada əldə olunacaq hər hansı bir atəşkəs razılaşması "heç bir obyektivliyə malik deyil" və qeyri-realdır.

Hizbullahın Tehrandakı nümayəndəsi Seyid Abdullah Səfiyəddin isə öz növbəsində İran İslam Respublikasının verdiyi daimi dəstəyə görə təşəkkürünü bildirib. O, keçmişdə uğursuzluqla nəticələnən atəşkəs razılaşmalarının təcrübəsinə diqqət çəkib.

Sionist rejimin (İsrailin) mövcudluğu şəraitində sülhün bərqərar olmasının çətinliyini vurğulayan Səfiyəddin deyib:

"Artıq iki ildən çoxdur ki, biz düşmənin (İsrailin) ilkin atəşkəs razılaşmasından sonra belə öhdəliklərinə əməl etmədiyinin şahidiyik. Onun hər hansı bir razılaşmaya sadiq qalacağına dair heç bir təminat yoxdur."

GÜNÜN MANŞETLERİ

Sabahın HAVA PROQNOZU
ÖLKƏ / MÜXTƏLİF

Sabahın HAVA PROQNOZU

6/2/2026 1:00:01 PM