Azad edilmiş ərazilərdə bu il 3 878 mina aşkarlanıb

Azad edilmiş ərazilərdə bu il 3 878 mina aşkarlanıb
Yayınlanma tarixi: 4/19/2023 10:05:58 AM

Bunu ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov ANAMA-da 2023-cü ilin birinci rübünün yekunlarına həsr olunan geniş tərkibdə keçirilən iclasında deyib.

Bu ilin ilk rübü ərzində Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) apardığı minatəmizləmə fəaliyyəti nəticəsində işğaldan azad olunan ərazilərdə 3 878 ədəd mina və partlamamış hərbi sursat aşkarlanıb, 7 944 ha sahə təmizlənib.

İslamazeri.com xəbər verir ki, bunu agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov ANAMA-da 2023-cü ilin birinci rübünün yekunlarına həsr olunan geniş tərkibdə keçirilən iclasda deyib.

O bildirib ki, işğaldan azad edilmiş ərazilərin bərpa və yenidən qurulması, keçmiş məcburi köçkünlərin öz yurdlarında təhlükəsiz və dayanıqlı məskunlaşması məqsədilə həyata keçirilən minatəmizləmə fəaliyyəti Azərbaycan dövlətinin xüsusi prioritetlərindən biri kimi müəyyən edilib.

İşğaldan azad edilən ərazilərdə “Böyük Qayıdış” proqramı çərçivəsində aparılan minatəmizləmə əməliyyatlarının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Tədbirdə hesabat dövründə minatəmizləmə sahəsində görülən işlər və müxtəlif prioritet istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlar, əməliyyatların icra vəziyyəti, Beynəlxalq Minatəmizləmə Standartlarının riayət olunmasına nəzarət üçün keçirilən monitorinqlər və yekun keyfiyyət yoxlamalarının nəticələri, habelə Agentliyin potensialının yüksəldilməsi məqsədilə görülmüş işlər və planlar barədə məruzələr dinlənilib, müzakirələr aparılıb.

İclasın sonunda minatəmizləmə fəaliyyətində səmərəliliyin artırılması, qarşıda duran öhdəliklər, çağırışlar və onların həlli yolları istiqamətində müvafiq tapşırıqlar verilib.

GÜNÜN MANŞETLERİ

Almaniya Hörmüz boğazında hərbi əməliyyata hazırlaşır - ŞOK İDDİA
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Almaniya Hörmüz boğazında hərbi əməliyyata hazırlaşır - ŞOK İDDİA

4/26/2026 1:52:36 PM
Güclü külək əsəcək, yağış yağacaq - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Güclü külək əsəcək, yağış yağacaq - PROQNOZ

4/26/2026 1:40:01 PM
Əraqçi Oman sultanı ilə görüşüb
DÜNYA / SİYASƏT

Əraqçi Oman sultanı ilə görüşüb

4/26/2026 12:46:41 PM
Makron: Tramp Avropanın əleyhinə hərəkətlər edir
DÜNYA / MARAQLI

Makron: Tramp Avropanın əleyhinə hərəkətlər edir

4/26/2026 11:32:54 AM
Trampın qatıldığı tədbirdə silahlı hücum
DÜNYA / MARAQLI

Trampın qatıldığı tədbirdə silahlı hücum

4/26/2026 10:51:49 AM