Azad edilmiş ərazilərdə daha 78 mina, 416 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 78 mina, 416 PHS aşkarlanıb
Yayınlanma tarixi: 5/25/2026 12:11:26 PM

Azad edilmiş ərazilərdə daha 78 mina, 416 PHS aşkarlanıb.

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (18.05.2026-24.05.2026) məlumat açıqlanıb.

İslamazeri.com xəbər verir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən həftə ərzində 45 piyada əleyhinə mina, 33 tank əleyhinə mina, 416 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 2 092 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

GÜNÜN MANŞETLERİ