AZAL Naxçıvan reyslərini bərpa edib

AZAL Naxçıvan reyslərini bərpa edib
Yayınlanma tarixi: 5/17/2026 11:01:13 AM

AZAL Naxçıvan reyslərini bərpa edib.

"Azərbaycan Hava Yolları" QSC (AZAL) son günlər əlverişsiz hava şəraiti səbəbindən təxirə salınmış Bakı-Naxçıvan-Bakı reyslərini bərpa edib.

İslamazeri.com AZAL-a istinadən xəbər verir ki, sözügedən marşrut üzrə uçuşlar ştat rejimdə icra olunur.

"Sərnişinlərin təhlükəsizliyi AZAL üçün daim ən vacib prioritet olaraq qalır və bu istiqamətdə bütün zəruri tədbirlər həyata keçirilir", - deyə aviaşirkət bəyan edib.

GÜNÜN MANŞETLERİ