Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasına dair razılıqlar
Ermənistan və Azərbaycan dövlət sərhədinin delimitasiyası məsələləri üzrə komissiyaların son iclası zamanı bu istiqamətdə gələcək işlər üçün mühüm əhəmiyyət daşıyan üç sənəd layihəsini razılaşdırıblar.
İslamazeri.com xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan məlumat verib.
“Onlar proseduru təsvir edir, xarakter etibarilə daha çox texniki sənədlərdir, lakin buna baxmayaraq vacibdirlər, çünki bu sənədlərə uyğun olaraq fəaliyyətimizi davam etdirməliyik”, – deyə o bildirib.