Azərbaycan Ermənistandan mal idxal etməyə başlayıb

Azərbaycan Ermənistandan mal idxal etməyə başlayıb
Yayınlanma tarixi: 4/16/2026 10:21:37 AM

Azərbaycan Ermənistandan mal idxal etməyə başlayıb.

Bu ilin mart ayında Azərbaycan Ermənistandan ilk dəfə 960 ABŞ dolları dəyərində mal idxal edib.

"İslamazeri.com" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Bundan başqa, bu ilin I rübündə Azərbaycan Ermənistana 5 milyon 757 min ABŞ dolları dəyərində məhsul ixrac edib. Bunun 1 milyon 537 min dollarlıq hissəsi mart ayının payına düşüb.

Ermənistana ixracdan əldə olunan gəlirlər Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,1 %-ni təşkil edib.

GÜNÜN MANŞETLERİ