Azərbaycan gömrükçüləri 93 ədəd mobil telefon aşkar edib

Azərbaycan gömrükçüləri 93 ədəd mobil telefon aşkar edib
Yayınlanma tarixi: 3/22/2023 2:17:05 PM

Azərbaycan gömrükçüləri 93 ədəd mobil telefon aşkar edib.

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında 93 ədəd mobil telefonun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

İslamazeri.com Komitəyə istinadən xəbər verir ki, Şarjah-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə gömrük zonasını tərk etmək istəyərkən ona məxsus əl yükləri gömrük yoxlamasına cəlb edilib.

Yoxlama zamanı əl yüklərindən gömrük orqanına bəyan edilməyən 30 ədəd “İphone 13”, 60 ədəd “İphone 14” və 3 ədəd “İphone 14 Pro Max” markalı mobil telefonlar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

GÜNÜN MANŞETLERİ

Livanda pozuntular fonunda üç həftəlik atəşkəs qüvəyə minib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Livanda pozuntular fonunda üç həftəlik atəşkəs qüvəyə minib

4/27/2026 3:28:54 PM
Hizbullah İsrail desantlarını belə hədəfə aldı - VİDEO
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Hizbullah İsrail desantlarını belə hədəfə aldı - VİDEO

4/27/2026 1:47:10 PM
Sabahın HAVA PROQNOZU
ÖLKƏ / MÜXTƏLİF

Sabahın HAVA PROQNOZU

4/27/2026 1:00:01 PM