Azərbaycan hərbçiləri “Anadolu Qartalı - 2023” təlimində iştirak edəcək

Azərbaycan hərbçiləri “Anadolu Qartalı - 2023” təlimində iştirak edəcək
Yayınlanma tarixi: 26.04.2023 16:27:58

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyəti, həmçinin aviasiya vasitələri “Anadolu Qartalı - 2023” beynəlxalq təlimində iştirak etmək üçün Türkiyənin Konya şəhərinə yola düşüb.

Müdafiə Nazirliyindən "İslamazeri.com"a verilən məlumata görə, mayın 2-də başlayacaq təlimə Azərbaycan HHQ-nin bir qrup şəxsi heyəti və Su-25 hücum təyyarələri cəlb olunacaq.
Azərbaycan, Türkiyə, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri və İngiltərə nümayəndələrinin iştirakı ilə keçiriləcək beynəlxalq təlim mayın 23-dək davam edəcək.

GÜNÜN MANŞETLERİ