Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Yayınlanma tarixi: 4/12/2023 3:03:53 PM

Bununla bağlı AMB-nin sədri Taleh Kazımov əmr imzalayıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) yeni binanın tikintisi şöbəsinə direktor təyin edilib.

İslamazeri.com xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifə Ceyhun Qurban oğlu Səməndova həvalə olunub.

Son illər ərzində C.Səməndov Mərkəzi Bankda müxtəlif vəzifələrdə çalışıb.

Qeyd edək ki, AMB-də yeni binanın tikintisi şöbəsi 2022-ci ilin avqust ayında yaradılıb.

GÜNÜN MANŞETLERİ