Azərbaycan Ordusunda atış çalışmaları icra olunub

Azərbaycan Ordusunda atış çalışmaları icra olunub
Yayınlanma tarixi: 2/28/2023 12:05:06 PM

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Cari ilin döyüş hazırlığı planına uyğun olaraq qumbaraatan və snayper tüfənglərindən atəş hazırlığı üzrə praktiki atış çalışmaları yerinə yetirilib.

Müdafiə Nazirliyindən "İslamazeri.com"a verilən məlumata görə, atışdan əvvəl şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb, hərbi qulluqçular atəş mövqeyinin tutulması və silahın döyüş vəziyyətinə gətirilməsi üzrə normativləri məşq ediblər.
Daha sonra müxtəlif kateqoriyalı hərbi qulluqçular təlim sahələrində şərti düşmən hədəflərinin aşkar olunaraq məhv edilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.
Çalışmaların keçirilməsində başlıca məqsəd heyətlərin praktiki vərdişlərini və atəş açma bacarıqlarını təkmilləşdirməklə bölmələrin döyüş hazırlığının daha da yüksəldilməsidir.

GÜNÜN MANŞETLERİ

Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir
ÖLKƏ / SİYASƏT

Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir

4/29/2026 11:05:48 AM
Livanın cənubunda söküntü işləri aparan israilli podratçı öldürülüb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Livanın cənubunda söküntü işləri aparan israilli podratçı öldürülüb

4/29/2026 10:32:02 AM
Livanda ölənlərin sayı 2534-ə çatıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Livanda ölənlərin sayı 2534-ə çatıb

4/29/2026 10:00:56 AM