Azərbaycan-Özbəkistan birgə hərbi təlimi başa çatıb

Azərbaycan-Özbəkistan birgə hərbi təlimi başa çatıb
Yayınlanma tarixi: 8/1/2023 2:25:10 PM

Azərbaycan və Özbəkistan hərbi qulluqçularının iştirakı ilə Daşkənd vilayətinin Çirçik poliqonunda keçirilən “UZAZ-2023” kompüter dəstəkli taktiki komanda-qərargah təlimi başa çatıb.

MN-dən "İslamazeri.com"a verilən məlumata görə, birgə təlimin sonuncu mərhələsində xüsusi döyüş fəaliyyətlərinin aparılması üzrə tapşırıqlar kompüter və xəritə üzərində icra edilib.

Təlimin başa çatması münasibətilə keçirilən tədbirdə çıxış edənlər hərbi qulluqçuların peşəkarlığını yüksək qiymətləndirib və qarşıya qoyulan məqsədlərə nail olunduğu qeyd edilib. Bildirilib ki, təlimin bütün mərhələləri üzrə tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.
Tədbirin sonunda qarşılıqlı hədiyyələr təqdim edilib.
Qeyd edək ki, “UZAZ-2023” təlimi "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış 2023-cü il üçün ikitərəfli əməkdaşlıq Planı"na əsasən keçirilib.

GÜNÜN MANŞETLERİ

Evini kirayə verənlərə ŞAD XƏBƏR!
ÖLKƏ / SİYASƏT

Evini kirayə verənlərə ŞAD XƏBƏR!

1/1/2026 9:20:01 AM
Haram qidanın təsiri
DİN

Haram qidanın təsiri

12/31/2025 1:21:04 PM
DYP-dən sürücülərə ÇAĞIRIŞ: Bu qaydalara ciddi əməl edin!
ÖLKƏ / MÜNASİBƏT

DYP-dən sürücülərə ÇAĞIRIŞ: Bu qaydalara ciddi əməl edin!

12/31/2025 12:43:46 PM