Azərbaycan Prezidenti tacikistanlı həmkarına zəng edib

Azərbaycan Prezidenti tacikistanlı həmkarına zəng edib
Yayınlanma tarixi: 10/5/2022 9:47:27 AM

Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona zəng edib.

İslamazeri.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, dövlətimizin başçısı Tacikistan Prezidentini yubileyi münasibətilə təbrik edib, ona Tacikistan xalqının firavanlığı naminə fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.

Emoməli Rəhmon göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafından məmnunluqlarını bildirib, əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.

GÜNÜN MANŞETLERİ

Qalibaf: İran xalqı təslim olmayacaq
REGİON / İRAN

Qalibaf: İran xalqı təslim olmayacaq

5/7/2026 2:33:08 PM
Sabah bu rayonun 7 kəndində QAZ KƏSİLƏCƏK
ÖLKƏ / MÜXTƏLİF

Sabah bu rayonun 7 kəndində QAZ KƏSİLƏCƏK

5/7/2026 1:30:01 PM