Azərbaycan və Qazaxıstan baş nazirləri arasında telefon danışığı olub

Azərbaycan və Qazaxıstan baş nazirləri arasında telefon danışığı olub
Yayınlanma tarixi: 3/31/2023 4:56:14 PM

Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Martın 31-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Qazaxıstan Respublikasının Baş naziri Alixan Smailov arasında telefon danışığı olub.

Nazirlər Kabinetinin mətbuat xidmətindən "İslamazeri.com"a bildiriblər ki, Baş nazir Əli Əsədov Alixan Smailovu yenidən Qazaxıstan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Telefon danışığı əsnasında iki ölkə arasında dostluq münasibətlərinin və müxtəlif sahələrdə əməkdaşlığın inkişafı müsbət qiymətləndirilib, Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığının perspektivləri müzakirə olunub.

GÜNÜN MANŞETLERİ

Livanda pozuntular fonunda üç həftəlik atəşkəs qüvəyə minib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Livanda pozuntular fonunda üç həftəlik atəşkəs qüvəyə minib

4/27/2026 3:28:54 PM
Hizbullah İsrail desantlarını belə hədəfə aldı - VİDEO
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Hizbullah İsrail desantlarını belə hədəfə aldı - VİDEO

4/27/2026 1:47:10 PM
Sabahın HAVA PROQNOZU
ÖLKƏ / MÜXTƏLİF

Sabahın HAVA PROQNOZU

4/27/2026 1:00:01 PM