Azərbaycan XİN-nin iftar süfrəsində Qəzza mesajı - FOTO

Azərbaycan XİN-nin iftar süfrəsində Qəzza mesajı - FOTO
Yayınlanma tarixi: 2/25/2026 12:20:01 AM

Məraimdə həmçinin İslam dünyasını bir-birinə bağlayan bu müqəddəs ayın yüksək mənəvi dəyərləri aşıladığı vurğulanıb.

İslamazeri.com xəbər verir ki, 24 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda akkreditə olunmuş müsəlman ölkələrinin səfirləri üçün Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş iftar tədbirində iştirak və çıxış edib.
Nazir Ceyhun Bayramov çıxışında müqəddəs Ramazan ayının başlanması münasibətilə təbriklərini çatdırıb, ölkəmizə və dünyamıza sülh, əmin-amanlıq arzu edib.
İslam dünyasını bir-birinə bağlayan bu müqəddəs ayın yüksək mənəvi dəyərləri aşıladığı vurğulanıb.
Azərbaycan cəmiyyətinin milli-mənəvi dəyərlərində, o cümlədən müxtəlif icmaların nümayəndələrinin sülh içində birgə yaşayış təcrübəsində İslam dininin və Ramazan ayının xüsusi yeri və rolundan bəhs olunub.
Azərbaycanın, sivilizasiyaların və mədəniyyətlərin qovşağında yerləşən ölkə olaraq, multikulturalizm və dinlərarası harmoniyanı dövlət siyasətinin əsas sütunları kimi beynəlxalq səviyyədə təşviq etdiyi xatırlanıb.
Bununla belə, bir sıra ölkələrdə İslam dininə qarşı çevrilən diskriminasiya, islamofobiya meylləri, müsəlman aləmində baş verən münaqişələr nəticəsində yaranan qeyri-stabilliyin narahatlıq doğurduğu diqqətə çatdırılıb. İslam dünyasındakı birlik və həmrəyliyin bu kimi çağırışlarla mübarizədə əhəmiyyəti vurğulanıb.
Çıxışda həmçinin Yaxın Şərqdə vəziyyətə, xüsusilə Qəzzada davam edən humanitar böhranlara diqqət çəkilib, münaqişənin sülh yolu ilə həllinin vacibliyi qeyd olunub.
Daha sonra, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun duayeni, Mərakeş Krallığının ölkəmizdəki səfiri Adil Embarş çıxış edərək, Ramazan ayı münasibətilə təbriklərini diqqətə çatdırıb.
Sonda, Qafqaz Müsəlmanları İdarəsinin sədrinin müavini Ceyhun Rüstəmov tərəfindən iftar duası oxunub, tədbir iştirakçıları üçün iftar süfrəsi açılıb.

FOTO

GÜNÜN MANŞETLERİ

Ənsarullahdan ABŞ-a XƏBƏRDARLIQ
DÜNYA / İSLAM DÜNYASI

Ənsarullahdan ABŞ-a XƏBƏRDARLIQ

4/17/2026 12:15:22 PM
Papa XIV Leonun qardaşının evində bomba təhlükəsi
DÜNYA / İSLAM DÜNYASI

Papa XIV Leonun qardaşının evində bomba təhlükəsi

4/17/2026 11:15:01 AM
Azərbaycan neftinin qiyməti BAHALAŞDI
İQTİSADİYYAT

Azərbaycan neftinin qiyməti BAHALAŞDI

4/17/2026 10:37:50 AM
ABŞ Suriyadakı 10 illik hərbi mövcudluğuna son qoyub
DÜNYA / MARAQLI

ABŞ Suriyadakı 10 illik hərbi mövcudluğuna son qoyub

4/17/2026 10:11:49 AM