Azərbaycanda bu məscidlər üçün qadın din xadimləri axtarılır

Azərbaycanda bu məscidlər üçün qadın din xadimləri axtarılır
Yayınlanma tarixi: 10/24/2022 5:25:15 PM

Azərbaycanda 7 ibadət ocağına dini ayinlərin icraçısı üçün qadın din xadimləri axtarılır.

İslamazeri.com xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, İslam dininə aid ibadət yerlərində (məscidlər) qadın dini ayinlərin icraçısı vəzifəsinin tutulması üçün müsahibə elan edilib.

Qeyd olunub ki, qadın din xadimləri ilə bağlı vəzifələr Bakı, Sumqayıt, Gəncə, Şəki, Zaqatala və Quba şəhərlərdə, eləcə də Lənkəran rayonunda yerləşən aşağıdakı məscidlərə aiddir:

1. Suraxanı rayonu, “Fatimeyi-Zəhra” məscidi – Qadın dini ayinlərin icraçısı vəzifəsi

2. Sumqayıt şəhəri, “Cümə” məscidi – Qadın dini ayinlərin icraçısı vəzifəsi

3. Gəncə şəhəri, Bala Bağman “Fatimeyi-Zəhra” məscidi - Qadın dini ayinlərin icraçısı vəzifəsi

4. Şəki şəhəri, “Mərkəzi Cümə” məscidi - Qadın dini ayinlərin icraçısı vəzifəsi

5. Zaqatala şəhəri, “Cümə” məscidi - Qadın dini ayinlərin icraçısı vəzifəsi

6. Lənkəran rayonu, Böyük bazar “Cümə” məscidi - Qadın dini ayinlərin icraçısı vəzifəsi

7. Quba şəhəri, “Hacı Cəfər” məscidi - Qadın dini ayinlərin icraçısı vəzifəsi

Qeyd edək ki, ümumilikdə 44 məsciddə vakant vəzifələrin tutulması üçün müsahibələr edilib. Onların 36-sı imam, imam müavini vəzifəsi və müəzzin vəzifələridir.

Xatırladaq ki, müsahibədə iştirak etmək istəyən namizədlər Dövlət Komitəsinə müraciət edə bilərlər.

GÜNÜN MANŞETLERİ

Azərbaycanda pensiya alanların sayı açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Azərbaycanda pensiya alanların sayı açıqlanıb

3/16/2026 3:12:05 PM
Sabah hava necə olacaq? - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah hava necə olacaq? - PROQNOZ

3/16/2026 2:10:01 PM
ABŞ-İsrail Həşdi-Şabini hədəfə aldı: Ölən və yaralananlar var
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

ABŞ-İsrail Həşdi-Şabini hədəfə aldı: Ölən və yaralananlar var

3/16/2026 1:30:03 PM
Livan İslam Müqavimətindən İsrailə ZƏRBƏ
DÜNYA / İSLAM DÜNYASI

Livan İslam Müqavimətindən İsrailə ZƏRBƏ

3/16/2026 1:20:01 PM
Namazların ümumi təqibatı
DİN

Namazların ümumi təqibatı

3/16/2026 12:43:38 PM