"Azərbaycanda dərmanlarla bağlı böyük problem var"

Yayınlanma tarixi: 24.01.2023 12:45:59

Bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Rüfət Quliyev bildirib.

Azərbaycanda dərmanlarla əlaqədər böyük problem var.

İslamazeri.com xəbər verir ki, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Rüfət Quliyev bildirib.

O, təklif edib ki, Türkiyənin böyük dərman şirkətləri Azərbaycana dəvət olunsun, burada birgə dərman istehsal edilsin: “Buna imkan var və bilirik ki, Türkiyə özünü dərmanla təxminən 85% təmin edir. Amma bu, ola bilər ki, 1 ilə qədər vaxt aparsın. İnsanlar bir ilə qədər dərmanlarla bağlı neyləsinlər? Bu gün gedirsən dərmanı 1 manata alırsan, səhəri gün 1,15 manat olur. Konkret təklif edirəm ki, bəzi dövlət qurumlarını dəvət edib soruşaq “Neyləmək istəyirsiniz?!”. Məsələn, dərmanlarla bağlı Səhiyyə Nazirliyinə zəng edəndə deyirlər ki, bununla bağlı Tarif Şurası və dərman şirkətləri məşğuldur. Təklif edirəm ki, bir dövlət qurumu yaradılsın, onlar bazarda dərman çatışmayanda tender əsasında özləri alsınlar, aptek şəbəkələrinə satış üçün versinlər. Burada müəyən qədər dövlət tərəfindən tənzimləmə olsun”.

GÜNÜN MANŞETLERİ

Ailədə gözəl əxlaq
DİN

Ailədə gözəl əxlaq

3.02.2023 18:03:51
Son sutkadakı yoluxma sayı açıqlanıb
ÖLKƏ / SƏHİYYƏ

Son sutkadakı yoluxma sayı açıqlanıb

3.02.2023 17:47:06
Kərbəladan gözəl görüntülər - FOTO
DÜNYA / İSLAM DÜNYASI

Kərbəladan gözəl görüntülər - FOTO

3.02.2023 16:05:58
Tarif Şurasının səlahiyyətləri artırılıb
ÖLKƏ / SİYASƏT

Tarif Şurasının səlahiyyətləri artırılıb

3.02.2023 14:28:43